ABŞ prezidenti Donald Tramp hazırda Ukraynaya “Tomaqavk” raketləri tədarük etməyi düşünmür.
Bakıvaxtı.az "Air Force One" telekanalına istinadən xəbər verir ki, o, bu barədə jurnalsitin Ukraynaya raket satmağı düşünüb-düşünmədiyi sualını cavablandırarkın deyib.
Lakin Tramp fikrini dəyişmək ehtimalını istisna etməyib.
Qeyd edək ki, “Tomaqavk” raketlərinin uçuş məsafəsi 2500 km-dir ki, bu da Rusiya ərazisini, o cümlədən Moskvanı vurmaq üçün kifayətdir.Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dən bu raketləri tədarük etməyi xahiş edib, lakin Rusiya belə bir addımın dağıdıcı nəticələr verəcəyi barədə xəbərdarlıq edib.
Gülşən Şərif
Bakı 


