Hindistanın Telanqana ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 20 nəfər ölüb, 18 nəfər yaralanıb.
Bakıvaxtı.az "Hindustan Times"a istinadən xəbər verir ki, avtobusda 70-ə yaxın sərnişin olub.
Bildirilir ki, çınqıl daşıyan yük maşını avtobusla toqquşan zaman yükün bir hissəsi sərnişinlərin üstünə tökülüb.
İlkin məlumata görə, qəzaya yük maşını sürücüsünün həddindən artıq sürətli idarəetməsi səbəb olub.
Gülşən Şərif
Bakı 


