• Bakı 20° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Bu il Azərbaycan banklarının ABŞ istiqrazlarına yatırımları 1 mlrd. manatdan çox artıb

İQTİSADİYYAT

04 Oktyabr 2025 | 11:56

Bu il Azərbaycan banklarının ABŞ istiqrazlarına yatırımları 1 mlrd. manatdan çox artıb

Bu ilin ilk yarısında Azərbaycan banklarının qiymətli kağızlar portfeli üzrə artım müşahidə olunub.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

    Məlumata görə, 2024-cü ilin sonu ilə müqayisədə bankların qiymətli kağızlar portfelinin həcmi 6,2% və ya 584 mln. manat artıb. Ümumi aktivlərin daha sürətli artım tempi fonunda qiymətli kağızların aktivlərdə xüsusi çəkisi isə 17,7%-dən 17,5%-ə enib.

    Hesabat dövründə bankların ABŞ dövlət istiqrazlarına yatırımları əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu istiqamətdə investisiyalar 1,13 mlrd. manat və ya 80,6% çoxalıb.
    Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən kütləvi emissiyaların azalması fonunda son 6 ay ərzində nazirliyin qiymətli kağızlarına yatırımlar 347 mln. manat və ya 7,8% azalıb.


    SON XƏBƏRLƏR

    03 Oktyabr 2025