• Bakı 21° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Ukrayna dronları Rusiyanın iri neft emalı zavodlarından birini vurub

DÜNYA

04 Oktyabr 2025 | 12:55

Ukrayna dronları Rusiyanın iri neft emalı zavodlarından birini vurub

Ukraynanın zərbə tipli dronları Rusiyanın Leninqrad vilayətində yerləşən Kirişi şəhərinə hücum edərək ölkənin ən böyük neft emalı müəssisələrindən biri olan "Kirişinefteorqsintez" zavodunu vurub.

Bakıvaxtı.az xəbər verir ki, hücum barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko “Telegram” kanalında məlumat verib.

    Drozdenko bildirib ki, sənaye zonasındakı yanğınla bağlı məlumat var: "Yanğınsöndürənlər artıq hadisə yerindədir".

    Məlumata görə, hücumun hədəfi "Surqutnefteqaz" şirkətinə məxsus olan "Kirişinefteorqsintez" zavodu olub.


    SON XƏBƏRLƏR

    03 Oktyabr 2025