”“Rusiya və Çin nüvə sınaqları keçirir, lakin mahiyyətini açıqlamır”.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp CBS News telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, Rusiya və Çin sınaqlar aparır, lakin onlar bu barədə danışmırlar:
"Biz sınaqlar keçirəcəyik, çünki başqaları sınaqlar keçirir. Şimali Koreya sınaqlar gerçəkləşdirir. Pakistan sınaqlar keçirir. Bilirsiniz, nüvə silahları nə qədər güclü olsa da, dünya böyük bir yerdir. Onların harada sınaqlar keçirdiklərini mütləq bilmirsiniz. Onlar yeraltı, dərin yeraltı sınaqlar keçirirlər, orada insanlar nə baş verdiyini bilmirlər. Siz bir az vibrasiya hiss edirsiniz. Adını sadaladığım ölkələr sınaqlar keçirirlər, biz isə yox. Biz də o sınaqları aparmalıyıq”.
Aydın Baxış
Bakı 


