• Bakı 14° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

"Neftçi" - "Zirə" görüşündə qapılara dörd top vuruldu

İDMAN

03 Oktyabr 2025 | 22:21

Neftçi - Zirə görüşündə qapılara dörd top vuruldu

Misli Premyer Liqasının VII turunda daha bir oyun keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Qonaqların heyətində 66-cı dəqiqədə Fredi Varqas, 88-ci dəqiqədə Bassala Sambu fərqlənib. Meydan sahiblərində 27-ci dəqiqədə Giorgi Papunaşvili, 90+8-ci dəqiqədə Ruan Renato adını tabloya yazdırıb. Qəsəbə təmsilçisində Ayron Qomis 90+10-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Neftçi" 8 xalla yeddincidir.


SON XƏBƏRLƏR