ABŞ-da prezidenti Donald Trampın administrasiyası gələn il yeni qaçqınların qəbulunu rekord həddə aşağı salmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times“ məlumat yayıb.
Məlumata görə ABŞ administrasiyası bu rəqəm 7500-ə çata bilər.
Qəzetin əldə etdiyi məlumata görə, yerlərin əhəmiyyətli bir hissəsi ağdərili Cənubi afrikalılar və ədalətsiz ayrı-seçkiliyə məruz qalan digər qruplar üçün ayrılacaq.
7500 nəfərlik limit təkcə ABŞ-ın sabiq prezidenti Co Bayden administrasiyası tərəfindən müəyyən edilmiş 2024-cü il limitindən (125.000 qaçqın) əhəmiyyətli dərəcədə aşağı olmayacaq, o, həm də Trampın birinci prezidentlik dövrünün sonunda (15.000 qaçqın) təyin etdiyi limitin yarısı olacaq.
Adı açıqlanmayan Ağ Ev rəsmisi qəzetə bildirib ki, məsələ ilə bağlı yekun qərar yalnız administrasiya Konqreslə məsləhətləşdikdən sonra veriləcək.
Qeyd edək ki, federal hökumətin qismən bağlanması səbəbilə bu cür müzakirələr hazırda mümkün deyil.