• Bakı 14° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Ermənistanda katolikos II Qareginin qardaşı saxlanıldı

DÜNYA

03 Noyabr 2025 | 00:03

Ermənistanda katolikos II Qareginin qardaşı saxlanıldı

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və onun oğlu Ambarsum Nersisyan saxlanılıb.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə vəkil Ara Zöhrabyan bildirib.

Vəkilin sözlərinə görə, onların hər ikisi xuliqanlıq və seçki kampaniyasına mane olmaqda ittiham edilirlər. A.Zöhrabyan sosial şəbəkə hesabında yazıb ki, istintaq orqanları onların tutulması və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilməsi barədə qərar qəbul edib,

Həbslərə "Respublika" Partiyasından yerli özünüidarəetmə seçkilərində namizəd olan Arutyun Mkrtçyanın feysbukdakı paylaşımı səbəb olub. A.Mkrtçyan bildirib ki, 1 noyabrda katolikosun qardaşı Gevorq Nersisyan oğulları ilə birlikdə onun seçki kampaniyasına mane olub.


SON XƏBƏRLƏR

02 Noyabr 2025
01 Noyabr 2025