• Bakı 16° C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Yamal yenidən zədələndi

İDMAN

03 Oktyabr 2025 | 21:53

Yamal yenidən zədələndi

“Barselona”nın 18 yaşlı ulduzu Lamin Yamal yenidən zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb.

Bildirilib ki, hadisə Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda PSJ-yə qarşı (1:2) oyun zamanı baş verib.

Klubun açıqlamasında deyilir ki, gənc futbolçu La Liqanın 8-ci turunda “Sevilya” ilə qarşılaşmada iştirak etməyəcək. Onun sağalma müddətinin təxminən 2-3 həftə olduğu bildirilir. O, “Barselona” ilə beş oyunda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə ilə komandaya dəstək olub.

Xatırladaq ki, L.Yamal cari mövsüm ərzində bundan öncə də qasıq nahiyəsindəki zədə səbəbindən bir neçə oyunu buraxmışdı.


SON XƏBƏRLƏR