• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Azərbaycan badmintonçuları finalda

İDMAN

03 Oktyabr 2025 | 18:30 | Müəllif: Subhan Mahmudov

Azərbaycan badmintonçuları finalda

III MDB Oyunları çərçivəsində keçirilən badminton yarışında 1/4 finala adlayan Azərbaycan təmsilçiləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub – 2:0.

Qadınlarda Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovanı 2:0 hesabı ilə məğlub edib.

Qadınların qoşa yarışında da Azərbaycan Tacikistanı mübarizədən kənarlaşdırıb. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda Sumayyahon Hasanova və Mohira Karimova cütlüyünü məğlub edib – 2:0.

Qarışıq qoşa komandaların mübarizəsində Fərəc Kərimli- Aysel Kazımova dueti Qazaxıstandan olan Yerassil Ahmet və Amaliya Ormanovanı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, badminton yarışına oktyabrın 5-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR