• Bakı 16° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Türk dövlətlərinin dünya ticarətindəki payı artıb - Kürşad Zorlu

İQTİSADİYYAT

03 Oktyabr 2025 | 23:53

Türk dövlətlərinin dünya ticarətindəki payı artıb - Kürşad Zorlu

"Naxçıvan Sazişinin imzalandığı 2009-cu ildə türk dövlətlərinin ümumi xarici ticarət həcmi 540 milyard dollar olduğu halda, bu göstərici 2024-cü ildə 1.2 trilyon dollara çatıb"

Bakıvaxtı.az  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, türk dövlətləri ilə əlaqələr şöbəsinin sədri, millət vəkili Kürşad Zorlu 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, türk dövlətlərinin dünya ticarətindəki ümumi payı 2.1%-dən 2.43%-ə yüksəlib: "Türk dövlətlərinin öz aralarındakı ticarəti isə 2024-cü il etibarilə 70 milyard dollar səviyyəsindədir".

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının təməli 2009-cu il oktyabrın 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanmış tarixi Naxçıvan Sazişi ilə qoyulub.


SON XƏBƏRLƏR

03 Oktyabr 2025