• Bakı 22° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Münhen hava limanı fəaliyyətini bərpa edib - YENİLƏNİB

DÜNYA

04 Oktyabr 2025 | 10:33

Münhen hava limanı fəaliyyətini bərpa edib - YENİLƏNİB

Pilotsuz uçuş aparatları təhlükəsi səbəbindən işini dayandıran Münhen aeroportu fəaliyyətini bərpa edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

    Bununla belə, bildirlib ki, hava livanının fəaliyyətində gün ərzində fasilələr ola bilər.

    ***

    09:41

    Almaniyanın Münhen şəhərində yerləşən beynəlxalq hava limanı dron təhlükəsi ilə əlaqədar olaraq yenidən fəaliyyətini dayandırıb.

    Bakıvaxtı.az “Bild” qəzetinə istinadən xəbər verir ki, polis dron müşahidəsinə dair məlumatın araşdırıldığını və təhlükəsizlik məqsədilə bütün uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb.

    Hazırda dronların axtarışı davam etdirilir və hava limanının nə vaxt açılacağı hələlik bilinmir.

    Münhen hava limanının rəsmi saytında yayılan məlumata əsasən, təhlükəsizlik tədbiri olaraq bütün uçuşlar növbəti xəbərdarlığa qədər məhdudlaşdırılıb. Hazırda 23 reys başqa istiqamətlərə yönləndirilib, Münhenə planlaşdırılan 12 uçuş isə tamamilə ləğv olunub. Hadisə nəticəsində təxminən 6500 sərnişin hava limanında gözləməli olub.

    Qeyd edək ki, ötən gecə də Münhen hava limanı oxşar səbəblə – dron müşahidəsi ilə əlaqədar – bir neçə saat bağlı qalmış və 3500 sərnişin çətinliklə üzləşmişdi.


    SON XƏBƏRLƏR

    03 Oktyabr 2025