Rusiya ordusu oktyabrın 4-nə keçən gecə Ukraynanın Çerniqov vilayətində enerji sisteminə yenidən hücum edib.
Bakıvaxtı.az-ın RBK-Ukraynaya istinadən verdiyi xəbərə əsasən, hücum nəticəsində bir neçə vacib enerji obyekti zərər görüb.
50 min istehlakçının elektrik enerjisi kəsilib.
"Energetiklər artıq bərpa işlərinə başlayıblar", - məlumatda deyilir.
Qeyd olunub ki, Rusiyanın kritik infrastruktura zərbələrindən sonra regionda vəziyyət gərgindir. Bununla əlaqədar olaraq oktyabrın 1-dən elektrik enerjisi fasilələrlə verilir.