• Bakı 21° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Rusiya ordusu Ukraynanın Sumı vilayətində sərnişin qatarını atəşə tutub - YENİLƏNİB

DÜNYA

04 Oktyabr 2025 | 15:00

Rusiya ordusu Ukraynanın Sumı vilayətində sərnişin qatarını atəşə tutub - YENİLƏNİB

Rusiya ordusunun Sumı vilayətində Şostka şəhərinin dəmir yolu vağzalına zərbəsi nəticəsində oktyabrın 4 və 5-də bir sıra qatarların reysləri təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ukrayna Dəmir Yolları"nın xəbərində deyilir.

Ukrayna ərazilərinin və icmaların inkişafı naziri Aleksey Kuleba bildirib ki, Rusiya ordusu vağzala iki dəfə zərbə endirib:

"Birinci zərbə lokomotivə dəyib. Sonradan evakuasiya başlayanda ruslar ikinci zərbəni endiriblər".

***

13:47

Rusiya ordusunun Ukraynanın Sumı vilayətində sərnişin qatarına zərbəsi nəticəsində ən axı 30 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, Sumı vilayətinin hərbi rəhbəri Oleq Qriqoryev bildirib ki, zərbəyə məruz qalan Qatar Şostka-Kiyev marşrutu üzrə hərəkət edirdi.

Bildirilir ki, zərbə nəticəsində vaqonda yanğın baş verib.


SON XƏBƏRLƏR

03 Oktyabr 2025