• Bakı 16° C

    2.51 m/s

“Kral olanda monarxiyada dəyişiklik edəcəyəm” - Şahzadə Uilyam
 

DÜNYA

04 Oktyabr 2025 | 14:16 | Müəllif: Gülşən Şərif

“Kral olanda monarxiyada dəyişiklik edəcəyəm” - Şahzadə Uilyam

 Uels şahzadəsi Uilyam kral olduqdan sonra monarxiyada bəzi dəyişikliklərə imza atacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu fikirləri "Apple TV+"da yayımlanan "The Reluctant Traveller" verilişi çərçivəsində Vindzor sarayında verdiyi müsahibədə səsləndirib. Saray nümayəndələri bu açıqlamaları onun ən açıq və səmimi çıxışlarından biri kimi dəyərləndirib.

Şahzadə bildirib ki, dəyişikliyə açıqdır və bu prosesi pozitiv qarşılayır:

"Radikal olmasa da, vacib dəyişikliklər etmək istəyirəm. Bu mənə enerji verir."

O, ənənələrin əhəmiyyətini qəbul etdiyini, amma zamanın tələblərinə uyğunlaşmaq üçün bəzi sualların verilməsinin vacib olduğunu vurğulayıb:

"Bəzən düşünməliyik - bu ənənə indi də keçərlidirmi? Həqiqətən təsirli ola bilirikmi?"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026