• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aİ Qəzzada dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb

DÜNYA

04 Oktyabr 2025 | 15:11 | Müəllif: Gülşən Şərif

Aİ Qəzzada dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb

Avropa Şurasının sədri Antoniu Koşta bəyan edib ki, Qəzzada girovlar azad edilməli, atəşkəs əldə edilməli və humanitar yardıma maneəsiz çıxış təmin edilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Qəzzada sülh nəhayət əldə edilə bilər. HƏMAS-ın ABŞ Prezidentinin sülh təklifinə cavabı irəliyə doğru atılmış mühüm addımdır. İndi ardıcıl olaraq girovların azad edilməsi, atəşkəs və maneəsiz humanitar yardımın əldə edilməsi təmin edilməlidir. Bütün tərəfləri operativ və məsuliyyətli hərəkət etməyə çağırıram", - Koşta vurğulayıb.

O, həmçinin qeyd edib ki, Aİ öz tərəfdaşları ilə birlikdə ədalətli və davamlı sülhə nail olmaq üçün səyləri dəstəkləməyə davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR