• Bakı 14° C

    10.75 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Rusiya PUA-ları Xarkov vilayətində Malınivkanı vurdu: 5 nəfər yaralandı

DÜNYA

04 Sentyabr 2025 | 12:51

Rusiya PUA-ları Xarkov vilayətində Malınivkanı vurdu: 5 nəfər yaralandı

Rusiya hərbçiləri gecə saatlarında Xarkov vilayətinin Malınivka kəndini pilotsuz uçan aparatlarla atəşə tutub.

Bakıvaxtı.az bu barədə "Ukrinform"a istinadla xəbər verir.

Bildirilib ki, nəticədə 48, 25, 69 və 62 yaşlı dörd kişi, həmçinin 50 yaşlı qadın xəsarət alıb.

Məlumata görə, hücum yaşayış evlərinə və avtomobillərə ziyan vurub, yanğınlar baş verib.

Ümumilikdə vilayətdə mülki obyektlərdə dörd yanğın qeydə alınıb, xilasedicilər hadisə yerində çalışıblar.

Qeyd edək ki, son sutkada Rusiya ordusu Xarkov vilayətinə 12 “Şahed”, 2 “Molniia” və 4 FPV tipli PUA ilə hücum edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Oktyabr 2025