• Bakı 13° C

    10.75 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Azərbaycan Türkiyənin COP31-ə ev sahibliyi namizədliyini alqışlayır

SİYASƏT

04 Sentyabr 2025 | 16:48

Azərbaycan Türkiyənin COP31-ə ev sahibliyi namizədliyini alqışlayır

Azərbaycan qardaş Türkiyənin 2026-cı ildə COP31-ə ev sahibliyi üçün namizədliyini irəli sürməsini böyük məmnuniyyətlə alqışlayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev İzmir şəhərində keçirilən Azərbaycan–Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.

O xatırladıb ki, Türkiyənin iqlim gündəliyinə verdiyi töhfələr, qəbul etdiyi mühüm qərarlar və regional liderliyi bu məsuliyyətli rolu uğurla həyata keçirə biləcəyinə olan inamı artırır.

"COP29 sədrliyi olaraq biz bu yolda Türkiyəyə uğurlar arzulayırıq", - deyə M. Babayev vurğulayıb.


SON XƏBƏRLƏR

20 Oktyabr 2025