• Bakı 24° C

    9.02 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

AEM: 5 aptekdə nöqsanlar aşkarlanıb

CƏMİYYƏT

04 Sentyabr 2025 | 14:17

AEM: 5 aptekdə nöqsanlar aşkarlanıb

2025-ci ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 23 aptekdə yoxlama həyata keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

    Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.

    Aparılmış yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.


    SON XƏBƏRLƏR