Məşhur italyan modelyeri Giorgio Armani dünyasını dəyişib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, o, 91 yaşında vəfat edib.
Onun minimalist estetik və zamansız dizaynları dəbdə yeni era açıb və o, müasir zərifliyin simvoluna, Hollivuddan siyasətə qədər məşhurların üstünlük verdiyi brendə çevrilib.
Bu illər ərzində Armani qurduğu şirkəti yüksək moda və hazır geyimdən tutmuş ətir və ev dekorasiyasına qədər geniş çeşiddə məhsulları əhatə edən moda nəhənginə çevirib.
Şirkətin illik dövriyyəsi 2,3 milyard avroya (2,7 milyard dollar) çatıb.
Mina Mikayılova