• Bakı 19° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Abbas Qəzzada atəşkəsin detallarını razılaşdırmağa çalışır

DÜNYA

04 Oktyabr 2025 | 17:20

Abbas Qəzzada atəşkəsin detallarını razılaşdırmağa çalışır

 Fələstin prezidenti Mahmud Abbas ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs elan etməsini alqışlayıb və detalları yekunlaşdırmaq üçün çalışdığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun ofisinin açıqlamasında bildirilib. 

Abbas Fələstin dövlətinin beynəlxalq hüquqa uyğun olaraq sabitliyə, ədalətli və davamlı sülhə nail olmaq üçün bundan sonra ABŞ prezidenti ilə konstruktiv əlaqə saxlamağa hazır olduğunu təsdiqləyib.

O, prezident Trampın Qəzza zolağında müharibəyə son qoymaq üçün göstərdiyi böyük səyləri yüksək qiymətləndirib və bu istiqamətdə çalışan ərəb və islam ölkələrinə təşəkkür edib.


SON XƏBƏRLƏR