“İran Silahlı Qüvvələri ABŞ-nin ölkəyə mümkün hücumlarına tam hazırdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran müdafiə naziri Əmir Əziz Nəsirzadə ABŞ-dən bölgəyə hərbi texnikanın nəqli və bu məsələyə münasibəti ilə bağlı suala cavablandırarkən deyib.
“Onların daşıma, gəmi gətirmə-aparma sahəsində gördükləri işlər ilk dəfə deyil. Son bir neçə onillikdə bunu mütəmadi olaraq görmüşük. Şübhəsiz ki, hərbi sektor olaraq ölkəni müdafiə etməyə hazır olmalıyıq”, - nazir bildirib.
Artıq İran ordusunun tam hazır olduğunu iddia edən Əziz Nəsirzadə sözlərini belə davam etdirib:
“Daim deyirlər hücum olacaq, hücum olacaq — məqsəd cəmiyyətdə problem yaratmaq, inflyasiyanı artırmaq və iqtisadi sabitliyi pozmaqdır. Bu, həmin müharibənin bir hissəsidir. İnsanlar bu koqnitiv müharibəyə qarşı diqqətli olmalıdır. Əgər bizə müharibə məcburən tətbiq olunarsa, bizim — hərbçilərin vəzifəsi müdafiə etməkdir və bunu edəcəyik”.