Kamçatkada Vilyuçinski vulkanında ölənlərin sayı ikiyə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Qeyd edək ki, vulkan ərazisində 3 turist hündürlükdən yıxılıb.
***
16:27
Kamçatkada Vilyuçinski vulkanında bir turist ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev Vilyuçinski vulkanında bir turistin öldüyünü təsdiqləyib.
Bildirib ki, daha iki turist isə yaralanıb. Hazırda xilasedicilərin turistlərin vulkan olan ərazidən çıxarılması istiqamətində iş aparılır.
















