• Bakı 21° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

III MDB Oyunları: Azərbaycanın futbol millisi gümüş medal qazandı

İDMAN

04 Oktyabr 2025 | 16:12

III MDB Oyunları: Azərbaycanın futbol millisi gümüş medal qazandı

Bu gün Qəbələ şəhər stadionunda III MDB Oyunlarıçərçivəsində futbol yarışları başa çatdı.

Bakıvaxtı.az xəbər verir ki, final oyununda Azərbaycan (U-16) və Rusiya (U-16) yığmaları qarşılaşdı.

Gərgin mübarizə şəraitində keçən oyun Rusiya yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşdı. Rusiya millisinin heyətində KlimDenisov, İvan Kuzmin və Ratmir Lukyanov fərqləndilər. Azərbaycan millisinin heyətində isə Əli Bəşirov dublla yadda qaldı.

Beləliklə, Rusiya yığması III MDB Oyunlarında futbol turnirinqalibi oldu. Azərbaycan yığması gümüş, Özbəkistan komandasıisə bürünc medallara sahib çıxdı.


SON XƏBƏRLƏR