• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Millimiz Rusiyaya uduzdu

İDMAN

04 Oktyabr 2025 | 17:05 | Müəllif: Gülşən Şərif

Millimiz Rusiyaya uduzdu

Azərbaycanın U-16 millisi III MDB Oyunlarında gümüş medalla kifayətlənib.

Bakıvaxtı.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda Qəbələ şəhər stadionunda keçirilən finalda Rusiya yığması ilə üz-üzə gəlib.

Matçın əvvəlində üstün oyun nümayiş etdirən kollektivimiz 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. İkinci hissədə ardıcıl 3 qol buraxan U-16 komandamız görüşdən məğlub ayrılıb. Azərbaycan millisinin heyətində Əli Bəşirov hər iki qola imza ataraq dubl edib.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR