• Bakı 19° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Rumıniyada Avropa İttifaqının sanksiyalarını pozmaq cinayət sayılacaq

DÜNYA

04 Oktyabr 2025 | 19:03

Rumıniyada Avropa İttifaqının sanksiyalarını pozmaq cinayət sayılacaq

Rumıniya hökumətinin təsdiqlədiyi qanun layihəsinə əsasən, Avropa İttifaqının sanksiyalarını pozmaq cinayət məsuliyyəti daşıyacaq və bu pozuntular üçün 12 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin hazırladığı layihə Aİ səviyyəsində qəbul edilmiş məhdudlaşdırıcı tədbirlərin Rumıniya qanunvericiliyinə daxil edilməsini təmin edir.

Qeyd olunur ki, məqsəd sanksiyaları pozmaq cəhdlərinin qarşısını almaqdır.

Önəmli məqam bundan ibarətdir ki, sanksiyaların pozulması əvvəllər inzibati hüquqpozmalar kimi qiymətləndirilirdisə, indi bu, cinayət xarakteri daşıyacaq. Sadə halda 1–5 il, ağır şəraitdə isə 12 ilədək həbs cəzası tətbiq edilə bilər.

Layihədə “aktiv ekstraterritorial hüquq” prinsipi də yer alıb — Rumıniya vətəndaşları və şirkətləri sanksiyaları pozduqları halda, - bu, istər ölkə daxilində, istərsə də xaricdə baş vermiş olsun, - cinayət məsuliyyətinə cəlb ediləcək.

Bu addım vasitəsilə Rumıniya üçüncü ölkələrin qanunvericiliyindən istifadə olunaraq sanksiyaların əhatəsindən çıxmağa imkan yaradan yanaşmaların qarşısını almaq niyyətindədir.


SON XƏBƏRLƏR