• Bakı 23° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Rusiya Ermənistanı sıxışdırır:  Kreml İrəvana təzyiqləri artırır

DÜNYA

04 Sentyabr 2025 | 16:51

Rusiya Ermənistanı sıxışdırır:  Kreml İrəvana təzyiqləri artırır

Artıq bir neçə gündür ki, Ermənistanın ən böyük nəqliyyat-ekspeditor şirkətlərindən biri olan “Spayka”ya məxsus 100-dən çox yük maşını Rusiyaya buraxılmır.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları avtomobilləri səbəbləri açıqlamadan saxlayıb. Belə ki, Ermənistan hakimiyyəti  indiyədək nə rəsmi bildiriş, nə də şikayət aldığını bildirib.

Erməni mətbuatında yayılan məlumatlara görə, "Spayka" şirkətinin direktoru son vaxtlar ABŞ-nin Ermənistandakı səfiri ilə mütəmadi görüşlər keçirir. Bu görüşlər isə Moskvanın narazılığına səbəb ola bilər.

Maraqlıdır ki, Rusiyanın Ermənistanı sıxışdırmasının hansı səbəbləri var?

Siyasi şərhçi Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında bu sualı cavablandırıb.

Onun sözlərinə görə, Rusiyanın Ermənistana hərbi-siyasi təzyiq vasitələrindən biri də kənd təsərrüfatı məhsullarının Rusiya ərazisinə buraxılmamasıdır:

"Rusiya nə vaxt Ermənistana təzyiq etmək istəsə, ilk növbədə, müxtəlif bəhanələrlə Ermənistanın kənd təsərrüfatı məhsullarının ölkəyə buraxılmamasına imkan yaradır. Çünki Rusiya bazarı Ermənistan üçün xüsusi əhəmiyyətə malikdir. Hazırda Ermənistanın kənd təsərrüfatı məhsullarının başqa formada daşınması üçün alternativ variant yoxdur”.

Əli Zülfüqaroğlu: Rusiyanın sanksiyalarla üzləşməsi Ermənistana qarşı daha sərt addımlar atmasına mane olub

Müsahibimizə görə, reallıq budur ki, Ermənistanın Qərb meyilli siyasəti Rusiyanı narahat edir və müəyyən zamanlarda Moskva bununla bağlı İrəvana xəbərdarlıq edib. Hətta gərginlik açıq müstəviyə daşınıb.

Ə.Zülfüqaroğlu hesab edir ki, Rusiyanın sanksiyalarla üzləşməsi Ermənistana qarşı daha sərt addımlar atmasına mane olub.

"Ermənistanın Qərb dairələri ilə bağlı müxtəlif zamanlarda atdığı addımlar Rusiyanı qıcıqlandırır. Xüsusilə də Ermənistanın Avropa İttifaqı və Fransa ilə bağlı siyasəti Rusiya tərəfindən birmənalı qarşılanmır. Buna görə də Rusiyanın Ermənistana qarşı atdığı addımların kökündə siyasi motivlər dayanır", - deyə Əli Zülfüqaroğlu vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR