• Bakı 24° C

    9.02 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib

CƏMİYYƏT

04 Sentyabr 2025 | 15:07

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"nin sonuna "9" rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqədə  2 namizəd iştirak edib və rezidenturaya qəbul olunub.

Rezidenturaya qəbul olmuş namizədlər 5-10 sentyabrda (18:00-dək) portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.

Əlavə məlumat Səhiyyə Nazirliyindən veriləcək.

Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır. 

Qəbul olunanların siyahısı:

İş nömrəsi

Topladığı bal

Qəbul olduğu  ixtisasın kodu

270652

51

329138

269603

53

311163


SON XƏBƏRLƏR