• Bakı 24° C

    9.02 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Fransa "Google" və "Shein"i 475 milyon avro cərimələyib

DÜNYA

04 Sentyabr 2025 | 14:44

Fransa Google və Sheini 475 milyon avro cərimələyib

Fransa tənzimləyicisi "CNIL" "Google" və "Shein"i istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı hüquqlarını pozduqlarına görə 475 milyon avro cərimələyib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Fransa tərəfindən "Google" 325 milyon avro, "Shein" isə 150 ​​milyon avro cərimələnib.

Tənzimləyici iddia edir ki, 53 milyon insan müvafiq razılıq olmadan reklam poçtu alıb. Eyni zamanda "Shein" istifadəçiləri saytdakı fəaliyyətlərini izləmək üçün parametrləri seçməmişdən əvvəl onların cihazlarına kukilər yerləşdirilib.

Tənzimləyicinin bəyanatına əsasən, hər iki şirkət istifadəçilərə fəaliyyətlərinin reklam məqsədi ilə izlənilməsi ilə bağlı kifayət qədər məlumat verməyib.

Gülşən Şərif


SON XƏBƏRLƏR