• Bakı 24° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Ermənistanın ABŞ-yə yeni təyin olunmuş səfirinin qardaşı saxlanılıb

DÜNYA

04 Sentyabr 2025 | 11:18

Ermənistanın ABŞ-yə yeni təyin olunmuş səfirinin qardaşı saxlanılıb

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş naziri, hazırda ölkənin ABŞ-yə yeni təyin edilmiş səfiri Narek Mkrtçyanın qardaşı Mkrtıç Mkrtçyan gecə saatlarında Parakarda narkotik saxlamaqda şübhəli bilinərək saxlanılıb.

Bu barədə Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, hadisə polisin Mkrtçyan və dostunun olduğu avtomobili saxlayan zaman baş verib. Sonuncu polisləri görən kimi dərhal qaçıb, onun çantasında narkotik vasitələr və silah aşkar edilib. Mkrtçyan saxlanılıb.

Qeyd olunub ki, Ermənistan dövlət orqanları bununla bağlı hələlik rəsmi açıqlama verməyib.


SON XƏBƏRLƏR

03 Sentyabr 2025