• Bakı 28° C

    10.11 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Füzulidə biçilmiş taxıl sahəsi yandı - VİDEO

CƏMİYYƏT

04 Sentyabr 2025 | 08:53

Füzulidə biçilmiş taxıl sahəsi yandı - VİDEO

Füzulidə açıq sahədə yanğın olub.

Bakıvaxtı.az bu barədə FHN-ə istinadla xəbər verir.

Тфяшкдшншт “112” qaynar telefon xəttinə Füzuli rayonunun Alxanlı kəndində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 60 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.


SON XƏBƏRLƏR

03 Sentyabr 2025