• Bakı 28° C

    10.11 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Makron İsrailə getmək istədi, Netanyahu icazə vermədi

DÜNYA

04 Sentyabr 2025 | 09:18

Makron İsrailə getmək istədi, Netanyahu icazə vermədi

İsrailin Baş naziri Benyamin Netanyahu Parisin Fələstin dövlətini tanıması ərəfəsində Fransa Prezidenti Emmanuel Makronun İsrailə səfər etmək istəyini rədd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin milli telekanalı “Kan” məlumat yayıb.

Məlumata görə, Makron İsrailə qısamüddətli səfər etmək istəyib, lakin Netanyahu səfəri Fransanın Fələstin dövlətini tanımaqdan imtina etməsi ilə şərtləndirib. Makron isə onun bu tələbi ilə razılaşmayıb.

Qeyd edək ki, daha öncə Fransa rəhbəri sentyabrda BMT Baş Assambleyasının sessiyasında ölkəsinin Fələstini rəsmən tanıyacağını bəyan etmişdi.


SON XƏBƏRLƏR

03 Sentyabr 2025