• Bakı 28° C

    10.11 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Azərbaycan–Hindistan: İqtisadi yüksəlişin arxasındakı siyasi sərhədlər

SİYASƏT

04 Sentyabr 2025 | 09:15

Azərbaycan–Hindistan: İqtisadi yüksəlişin arxasındakı siyasi sərhədlər

Azərbaycan və Hindistan arasındakı münasibətlər son illərdə iqtisadi və mədəni sahədə inkişaf tempi göstərsə də, siyasi əlaqələrdə ciddi gərginliklər mövcuddur.

Bu gərginliyin əsas mənbəyi, Hindistanın Ermənistanla qurduğu hərbi və maliyyə əlaqələri, eləcə də N. Modinin milli və geopolitik baxışlarıdır. Həmçinin, Azərbaycanın Pakistanla əməkdaşlıq səyləri və regional balans məsələləri, rəsmi Dehli tərəfindən bəzən narazılıqla qarşılanır. Bu kontekstdə münasibətlər yalnız ikitərəfli deyil, eyni zamanda regional və qlobal güc oyunları ilə də bağlıdır, hansı ki, tərəflərin strateji maraqlarını və diplomatik addımlarını formalaşdırır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, Azərbaycan və Hindistan arasında iqtisadi ,mədəni əlaqələr yüksələn xətlə inkişaf etdiyi halda,siyasi müstəvidə munasibətlərdə ciddi problemlər yaşanır və bu problemlərin gerçək səbəbi Hindistanın baş naziri N.Mondinin Ermənistana hərbi  və maliyyə dəstəyi ilə əlaqədardır:

"Hindistan və Azərbaycan rəsmi səviyyədə bir birilərinin ərazi butövluklərini tanısalar da, Hindistanın Azərbaycanla uzun müddət münaqişə tərəfi olmuş Ermənistana bəlli dəstəyi rəsmi Bakıda təbii olaraq narazılıq doğurur,digər tərəfdən Azərbaycan tərəfinin Kəşmirlə bağlı Pakistanın haqlı iradlarına dəstək verməsi rəsmi Dehlini də məmnun etmir. Münasibətlərdəki problemin digər səbəbi N.Modinin ultra millətçi baxışları və bu mövqenin Azərbaycanla münasibətlərdə doğurduğu problemdir".

Onun sözlərinə görə, məsələnin geopolitik tərəfləri də var, Modi ŞƏT-in Çində keçirilən göruşunə təşrif buyursa da, bu təşkilatın genişlənməsi ilə bağlı rəsmi Pekinin cəhdlərinin qarşısını aldı, Bakının ŞƏT üzvü olmasına veto qoydu:

"Məsələ burasındadır ki, Hindistan Pakistanla qarşıdurmada rəsmi Pekinin İslamabada verdiyi hərbi dəstəkdən narazı qalıb, digər tərəfdən o Çinin "Bir kəmər,bir yol" layihəsinin gerçəkləşməsində də maraqlı deyil, çünki, bu, sonda Çinin Cənub Şərqi Asiyada, o cümlədən, Mərkəzi Asiyada mövqelərinin güclənməsinə şərait yaradacaq. Paşinyanın "Dünyanın kəsişmə nöqtəsi" layihəsinin pərdəarxası müəllifi, əslində, Modidir və bu layihə Rusiya və Çinin Şimal Cənub, habelə "Bir kəmər,bir yol" layihələrinə alternativ layihə olub, ABŞ tərəfindən dəstəklənir:

"Bununla belə Modi qlobalistlərin də yanında deyil, ona görə dəŞ Rusiya ilə iqtisadi, xüsusilə enerji və təhlükəsilik sahəsində münasibətlərin genişlənməsində maraqlıdır".

Elşən Manafov: Məsələ burasındadır ki, Hindistan Pakistanla qarşıdurmada rəsmi Pekinin İslamabada verdiyi hərbi dəstəkdən narazı qalıb

Müsahibimiz onu da əlavə edib ki, rəsmi Dehlinin Azərbaycanın ŞƏT üzvlüyü ilə bağlı istəyinə qarşı çıxması və onu bloklaması əvvəla ikitərəfli münasibətlərdə mübahisələrin çoxtərəfli platformalara daşınmaması ilə bağlı ŞƏT-in nizamnaməsinin ruhuna ziddir, digər tərəfdən ŞƏT-də qərarların qəbul olunmasında konsensus prinsipinin oynadığı roldan irəli gəlir:

"Bununla belə, rəsmi Dehlinin bu mövqeyi Azərbaycanın ŞƏT-ə inteqrasiya ilə bağlı istəklərinin qarşısını uzun muddət də əngəlləyə bilməyəcək, bunu İlham Əliyev Çində Pakistanlı həmkarı Şahbaz Şəriflə söhbətində də vurğulayıb. Qeyd olunub ki, bu jest Hindistanın Azərbaycanın Pakistanla münasibətlərinin səviyyəsinə, tərəfdaşlıq və etimada görə qisas ritorikasından başqa bir şey deyil və böyük təəssüf doğurur. Burada Dehli ilə müqayisədə rəsmi İslamabadın daha konstuktiv mövqe sərgilədiyini vurğulamamaq olmur, söhbət Pakistanın Ermənistanla diplomatik münasibətləri bərpa etməsindən gedir".

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Sentyabr 2025