• Bakı 24° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Nazir: "Rusiya nümayəndə heyəti  Azərbaycana səfər edəcək"

İDMAN

04 Sentyabr 2025 | 10:17

Nazir: Rusiya nümayəndə heyəti  Azərbaycana səfər edəcək

Rusiya nümayəndə heyəti yaxın zamanda MDB Oyunları ilə əlaqədar Azərbaycana yollanacaq.

Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev Şərq İqtisadi Forumunun sessiyalarından birində çıxışı zamanı bildirib.

"Nümayəndə heyətimiz Azərbaycana səfərə hazırlaşır. Orada MDB ölkələrinin oyunları keçiriləcək. Azərbaycanın idman naziri Fərid Qaibov məni şəxsən dəvət edib. Öz səfərimlə bağlı qərarı ayrıca qəbul edəcəyəm", - M.Deqtyarev bildirib.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq. Yarışlar 23 idman növü üzrə 12 məkanda keçiriləcək.


SON XƏBƏRLƏR

03 Sentyabr 2025