• Bakı 28° C

    10.11 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

İran prezidenti Çinlə sazişlərin icrası üçün birgə əməkdaşlığa çağırdı

DÜNYA

04 Sentyabr 2025 | 09:21

İran prezidenti Çinlə sazişlərin icrası üçün birgə əməkdaşlığa çağırdı

İran Prezidenti Məsud Pezeşkian Çinlə imzalanmış sazişlərin həyata keçirilməsi üçün birgə fəaliyyətə çağırıb.

Bakıvaxtı.az bu barədə "Tasnim"ə istinadla xəbər verir.

O, Pekinə səfəri zamanı əldə olunan anlaşmaların real addımlarla dəstəklənməsinin vacibliyini vurğulayıb.

Prezident bildirib ki, elmi, sənaye və kommersiya sahələrində əməkdaşlıq ölkənin inkişafına töhfə verməlidir.

Pezeşkian həmçinin İranın qonşu və müttəfiqlərlə əlaqələrinin genişlənməsinin əməkdaşlığı gücləndirdiyini qeyd edib.

O, İsrailin təcavüzkar siyasətini pisləyərək, bunun ABŞ və Qərbin dəstəyi ilə həyata keçirildiyini bildirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Sentyabr 2025