HƏMAS nəzarətində olan bütün israilli girovların azad edilməsi üçün qarşılıqlı saziş bağlamağa hazır olduğunu bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda radikallar teleqram kanalında bəyanat yayıb.
Bunun müqabilində qruplaşma Qəzzada müharibənin dayandırılmasını, İsrail qüvvələrinin ərazidən tamamilə çıxarılmasını, humanitar yardım üçün sərhəd keçidlərinin açılmasını və Qəzzanı idarə edəcək müstəqil administrasiyanın yaradılmasını tələb edib.
İsrail tərəfi isə onların bu təklifinə cavab kimi HƏMAS-ın tərksilah və tam təslim olduğu halda belə bir razılaşmaya baxılacağını bildirib.