• Bakı 24° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

TƏBİB-dən Biləsuvarda baş verən qəza ilə bağlı AÇIQLAMA

HADİSƏ

04 Sentyabr 2025 | 10:40

TƏBİB-dən Biləsuvarda baş verən qəza ilə bağlı AÇIQLAMA

03.09.2025-ci il tarixində saat 21:00 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub.

Xəsarət alanların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Köhnə Bakı–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 İki minik və bir yük avtomobilinin toqquşması ilə nəticələnən qəzada bir nəfər həyatını itirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

03 Sentyabr 2025