• Bakı 26° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Moskva və Kiyev İstanbuldakı təmaslara etiraz etmirlər, amma...

DÜNYA

04 Sentyabr 2025 | 12:16

Moskva və Kiyev İstanbuldakı təmaslara etiraz etmirlər, amma...

"Rusiyanın əsas qorxusu Ukraynanın NATO-ya üzv olması ilə bağlıdır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, məhz Rusiya prezidenti Vladimir Putin o səbəbdən vurğulayır ki, Ukraynanın Aİ-yə üzv olmaq təşəbbüsləri Moskva tərəfindən normal qarşılansa da, NATO-ya üzvlük Rusiya üçün böyük təhlükədir".

Ekspert bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatına diqqət yönəltmək lazımdır:

"Türkiyə lideri Çində Rusiya rəhbəri Vladimir Putinlə bir araya gəldi və danışıqlar apardı. Ardınca Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng vurdu və danışıqların nəticəsini ona çatdırdı. Sonra Türkiyə rəbbəri açıqladı ki, Rusiya və Ukrayna başçıları hələlik yüksək səviyyəli danışıqlara hazır deyillər”.

Fikrət Sadıqov:  Reallıq belədir və indiki halda radikal dəyişiklik gözlənilmir

Müsahibimiz hesab edir ki, lakin İstanbul platformasında tərəflərin nümayəndələri görüşlər təşkil edə bilər. Dediyinə görə. Moskva və Kiyev İstanbuldakı təmaslara etiraz etmirlər:

“Ancaq bu, yüksək səviyyəli danışıqlar deyil və belə müzakirələr müharibənin qarşısını ala bilməz. Yəni üçüncü, dördüncü dərəcəli nümayəndələrin, diplomatların görüşündən hansısa atəşkəs razılaşması çıxa bilməz. Reallıq belədir və indiki halda radikal dəyişiklik gözlənilmir".

Aydın Baxış


SON XƏBƏRLƏR

03 Sentyabr 2025