2025-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə erkən nikahla bağlı 15 müraciət daxil olub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq komitənin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, edilən 15 müraciətdən 12-nin qarşısı alınıb.
T.Mərdanoğlu əlavə edib ki, müraciətlərdən 1-i təsdiqini tapmayıb, 2-nin isə qarşısını almaq mümkün olmayıb.
Mina Mikayılova