• Bakı 24° C

    9.02 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Almaniyanın Ukraynadakı səfiri Almaniya Kəşfiyyatına rəhbərlik edəcək

DÜNYA

04 Sentyabr 2025 | 14:18

Almaniyanın Ukraynadakı səfiri Almaniya Kəşfiyyatına rəhbərlik edəcək

Almaniyanın Ukraynadakı hazırkı səfiri diplomat Martin Yaqer sentyabrın 15-dən Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinin icrasına başlayacaq. 

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu vəzifədə Yaqer Almaniyanın Vatikanda səfiri təyin ediləcək BND-nin hazırkı rəhbəri Bruno Kalı əvəz edəcək. 

Yaqer Almaniyada ən təcrübəli böhran diplomatlarından biri hesab olunur. O, əvvəllər Maliyyə Nazirliyində və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, habelə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyində dövlət katibi vəzifəsində çalışıb. Yaqer Almaniyanın Əfqanıstan və İraqdakı səfiri vəzifəsində çalışıb. 2023-cü ilin iyul ayından isə Almaniyanın Kiyevdəki diplomatik nümayəndəliyinə rəhbərlik edir.

Gülşən Şərif


SON XƏBƏRLƏR