• Bakı 24° C

    9.02 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Azərbaycanın 6 badmintonçusu tarixdə ilk dəfə "Top-100"də yer alıb

İDMAN

04 Sentyabr 2025 | 14:40

Azərbaycanın 6 badmintonçusu tarixdə ilk dəfə Top-100də yer alıb

Azərbaycan 6 badmintonçusu tarix ilk dəfə "Top-100"də yer alıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildirilib.

Dünya Badminton Federasiyasının (BWF) açıqladığı yeni reytinq siyahısında Azərbaycanın 6 təmsilçisi 4 kateqoriya üzrə "Top-100"də yer alıb.

Tokio və Paris olimpiadasının iştirakçısı Edi Reski Dviçayo kişilərin şəxsi yarışında 78-cidir. Paris olimpiadasında ən gənc badmintonçu olan Keişa Fatimə Zəhra isə qadınların şəxsi kateqoriyasında 57-ci sırada yer alıb.

Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi reytinqdə 78-ci, Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü isə sıralamada 92-ci pillədə qərarlaşıb.

Ülvi Hüseynov yeniyetmə oğlanların şəxsi kateqoriyasında dünya üzrə reytinq sıralamasında 28-ci, Həcər Nuriyeva isə qızların şəxsi kateqoriyasında 53-cü sıradadır.

İdmançıların reytinq siyahısında ilk "100-lük"də yer alması Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək inkişaf strategiyasının əsas hədəflərindən biridir.

Qeyd edək ki, tarixdə ilk dəfə badmintonçular reytinqdə 4 kateqoriya üzrə yer alıb. 


SON XƏBƏRLƏR