• Bakı 24° C

    9.02 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Kanserofobiya: Xərçəng xəstəliyinə tutulmaq qorxusu

CƏMİYYƏT

04 Sentyabr 2025 | 15:02

Kanserofobiya: Xərçəng xəstəliyinə tutulmaq qorxusu

Xərçəng xəstəliyinə tutulmaq qorxusu kanserofobiya adlanır. 

Bakıvaxtı.az xəbər verir ki, kanserofobiya xərçəngin müalicəsi təcrübəsinin təsiri altında, eləcə də qohumlar və dostlar arasında oxşar patologiyaların olması və narahatlıq meyli olduqda inkişaf edə bilər.

Məlumata görə, kanserofobiyası olan bir insan internetdə məlumat öyrənmək üçün çox vaxt sərf edə bilər. O, oxşar simptomlar axtarır və tez-tez həkimə müraciət edir. 

Bildirilib ki, bu problemi olan insanlar çox vaxt özbaşına, obyektiv tibbi göstərişlər olmadan müxtəlif müayinələrdən keçirlər. Ancaq bəzi hallarda qorxu hissi, əksinə, həqiqətən zəruri olsa belə, xəstəxanaya getməkdən imtina ilə müşayiət olunur.

Xəbərdarlıq edilib ki, kanserofobiya son nəticədə panik atak, depressiya, özünü təcrid və yuxu pozğunluğu kimi ciddi psixi problemlərə gətirib çıxara bilər.

Əgər onkoloqun müayinəsi zamanı bədxassəli yenitörəmə aşkar edilmirsə, o zaman psixoterapevtə müraciət etməyin lazım olduğu qeyd edilib. 

Mina Mikayılova


SON XƏBƏRLƏR