• Bakı 23° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

"Azərbaycan yığması ilə matçda qalib gəlməliyik" - Qunnlauqsson

İDMAN

04 Sentyabr 2025 | 17:18

Azərbaycan yığması ilə matçda qalib gəlməliyik - Qunnlauqsson

Futbol üzrə İslandiya millisi Azərbaycan yığmasına qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununda qalib gəlmək istəyir. 

Bakıvaxtı.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Arnar Qunnlauqsson qarşılaşmadan əvvəl mətbuat konfransında deyib. 

O, sabah baş tutacaq matçla bağlı fikirlərini bölüşüb: 

"Bunun ölüm-dirim məsələsi olduğunu söyləməyəcəyəm. Böyük arzularımız var. Azərbaycanla matçda qalib gəlməliyik. Özümüzə təzyiq göstərməliyik".

O, oyunçuların görüşə kökləndiyini sözlərinə əlavə edib:

"Hər kəs inanılmaz dərəcədə sakitdir. Məşqlər fantastik keçdi. Meydan da möhtəşəmdir. Həyacan səviyyəsinin yerində olduğunu düşünürəm. Həqiqətən növbəti matç üçün yaxşı hisslərim var".

Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


SON XƏBƏRLƏR