• Bakı 23° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Qazaxıstan Almaniyaya neft ixracını 20% artırıb

İQTİSADİYYAT

04 Sentyabr 2025 | 16:34

Qazaxıstan Almaniyaya neft ixracını 20% artırıb

Bu ilin avqust ayında "Drujba" neft kəmərləri sistemi ilə Almaniyaya nəql olunan Qazaxıstan neftinin həcmi 190 min ton təşkil edib ki, bu da 2025-ci ilin iyul ayı səviyyəsindən 18,7% çoxdur.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "KazTransOil" (KTO) milli şirkəti açıqlama yayıb.

Açıqlamaya əsasən, 2025-ci ilin avqustunda "KazTransOil" SC 190 min ton Qazaxıstan neftini daha sonra Almaniyaya çatdırmaq üçün "Transneft" PJSC-nin magistral neft kəməri sisteminə Adamova Zastava neft tədarükü məntəqəsi istiqamətində təhvil verib.

Bundan başqa, 2024-cü ilin sonuna qədər bu istiqamətdə eyni həcmdə - 1,5 milyon ton ixrac edilib. Bu il isə Qazaxıstan Almaniyaya neft tədarükünün həcmini 2 milyon tona çatdırmağı planlaşdırır.

Gülşən Şərif


SON XƏBƏRLƏR