Əfqanıstanda dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2 205 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Taliban" hərəkatının mətbuat katibinin müavini Həmdulla Fitrat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, təbii fəlakət nəticəsində azı 3 640 nəfər xəsarət alıb.
"Ölənlərin sayı 2 205-ə, yaralıların sayı isə 3 640-a çatıb", - H.Fitrat yazıb.
Xatırladaq ki, avqustun 31-i gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6,0 maqnitudalı zəlzələ baş verib.