• Bakı 24° C

    9.06 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Paşinyan Çin və Yaponiya səfərinə kiçik qızını da aparıb - FOTO

DÜNYA

04 Sentyabr 2025 | 13:45

Paşinyan Çin və Yaponiya səfərinə kiçik qızını da aparıb - FOTO

 

Ermənistanın baş naziri Nikol Paşinyan Çin səfərinin ardından Yaponiyaya gedib. O, sentyabrın 5-də “Expo 2025” çərçivəsində Osakada keçiriləcək Ermənistanın Milli Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Yaponiyaya işgüzar səfərdə erməni baş naziri təkcə həyat oldaşı Anna Akopyan müşayiət etmir. Nikol Paşinyanın yanında daha bir ailə üzvü var: kiçik qızı Arpine.

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və Pekindəki parad zamanı da Arpine Paşinyan ata-anasının yanında olub.

Ermənistan KİV-ləri nədənsə buna diqqət etməyiblər.

Qeyd edək ki, Nikol Paşinyanla Anna Akopyanın dörd övladı var: oğlu Aşot və qızları Mariam, Şuşanna və Arpine.


SON XƏBƏRLƏR