Çin yeni dünya düzəninin formalaşmasında aparıcı rol oynamağa çalışır.
Bakıvaxtı.az "CBC" telekanalına istinadən xəbər verir ki, Çin hərbi paradından öncə Rusiya prezidenti Vladimir Putin və 20-dən çox başqa dövlətin rəhbərlərinin daxil olduğu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) böyük diplomatik sammiti keçirilib. Bu, ABŞ-nin öz müttəfiqlərini itirməsi fonunda baş verib.
Kanal bildirib ki, həmçinin avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində ŞƏT sammiti keçirilib. Nəticədə 15 yeni əməkdaşlıq sənədi imzalanıb.
Bu gedişat Çinin yeni dünya nizamının lideri olmağa çalışmasının bariz nümunəsidir.
Gülşən Şərif