• Bakı 26° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

SİYASƏT

04 Sentyabr 2025 | 13:00

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi qeyd ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, 90 illik yubileyə dair tədbirlər planı hazırlayacaq. 

Qeyd edək ki, bu ilin dekabr ayında Yusif Səmədoğlunun 90 illiyi tamam olur.

 


SON XƏBƏRLƏR