• Bakı 19° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Aİ Azərbaycan və Ermənistana dəstəyini davam etdirəcək - Qrono

SİYASƏT

04 Sentyabr 2025 | 16:52

Aİ Azərbaycan və Ermənistana dəstəyini davam etdirəcək - Qrono

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistana səfərinin yekunlarına dair paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, o, özünün “X” hesabında Ermənistan rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi, gələcəkdə mümkün sərhəd əməkdaşlığı barədə fikir mübadiləsi apardığını bildirib.

    Onun sözlərinə görə, Vaşinqtonda iki ölkə arasında əldə olunan razılaşmalardan sonra sülh prosesinin gedişatı müzakirə olunub.

    “Aİ yaxın tərəfdaş kimi, davamlı sülhə doğru konkret addımların və tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan və Ermənistana dəstəyini davam etdirəcək”, - diplomat qeyd edib.


    SON XƏBƏRLƏR

    19 Oktyabr 2025
    18 Oktyabr 2025