• Bakı 24° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Dövlət Xidməti "Telegram" hücumlarını araşdırır

CƏMİYYƏT

04 Sentyabr 2025 | 17:38

Dövlət Xidməti Telegram hücumlarını araşdırır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) "Telegram" mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı araşdırmaya başlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb. 

Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir.

İlkin araşdırma nəticələri ilə bağlı Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış olmaq mümkündür. 


SON XƏBƏRLƏR